Bakı. Trend:
Sudanın Babanusa şəhərində hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sudan ordusunun 22-ci piyada diviziyasının bəyanatında deyilir.
Təyyarənin sağ qanadında yaranan texniki nasazlıq səbəbindən yerə çırpıldığı və bütün ekipaj üzvlərinin həlak olduğu qeyd olunur.
Ordunun bəyanatında konkret itki sayı göstərilmir.
