Bakı. Trend:
Britaniyanın Nottinqem Universitetindən olan alim qrupu zədələnmiş və ya silinmiş diş emalını bərpa edən gel hazırlayıb. Bu geldən istifadə olunduqda dişlərin sağlamlığı daha da möhkəmlənir və dişlərin çürüməsinin qarşısını alır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə elmi araşdırmanın nəticələri “Nature Communications (Nat Com)” jurnalında dərc edilib.
Məlumata görə, ənənəvi ftor-tərkibli vasitələrlə müqayisədə, yeni gel problemi sadəcə maskalamır, o sözün həqiqi mənasında emalı bərpa edir.
Geli tətbiq etdikdən sonra ərsəyə gələn nazik, möhkəm təbəqə mikroçatları doldurur, sonra isə epitaksial mineralizasiya prosesini işə alır.
Həmin proses ağız tüpürcəyi ilə daxil olan kalsium və fosfatlardan ibarət yeni kristalların artımını nizamlayır.
