...

Dövlət qurumlarına qarşı 30 milyona yaxın zərərli keçid qeydə alınıb

Cəmiyyət Materials 5 Noyabr 2025 10:23 (UTC +04:00)
Dövlət qurumlarına qarşı 30 milyona yaxın zərərli keçid qeydə alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin oktyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 29 476 141 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 3 493 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanıb,

Trend xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Bildirilir ki, bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 250 532 sayda zərərli fəaliyyətin qarşısı alınıb.

Kiberkəşfiyyat imkanlarından istifadə etməklə oktyabr ayı ərzində dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 10 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti