...

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana xəbərdarlıq edib

Dünya xəbərləri Materials 5 Noyabr 2025 10:37 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İrana xəbərdarlıq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi “Financial Times”a müsahibəsində deyib.

Qrossi bildirib ki, İslam Respublikası ilə İsrail arasında iyun ayında başlayan silahlı münaqişədən sonra BAEA İranda təxminən onadək yoxlama həyata keçirsə də, agentliyə ABŞ-ın bombaladığı ən mühüm nüvə obyektlərinə – Fordo, Natanz və İsfahan obyektlərinə giriş imkanı verilməyib.

“Belə demək olmaz. Bir yandan nüvə silahlarının yayılmaması haqqında Müqavilə çərçivəsində qalıram, o biri yandan öhdəlikləri yerinə yetirmirəm...S iz BAEA-dan "yaxşı, müharibə olub, deməli sizə fərqli kateqoriya kimi yanaşırıq" deməsini gözləyə bilməzsiniz. Əks halda, mən nüvə materiallarına tam çıxış imkanımı itirmişəm deməyə məcbur olacağam”,- deyə Qrossi xəbərdarlıq edib.

BAEA baş direktoru əlavə edib ki, hələlik yoxlamaların pozulmasına görə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa ehtiyac yoxdur, lakin əməkdaşlıq ciddi şəkildə yaxşılaşdırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti