...

Adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul tutuldu

Hadisə Materials 5 Noyabr 2025 15:50 (UTC +04:00)
Adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata-oğul tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Zərdabda adları "Qırmızı Kitab"a düşən quşları ovlayan ata və oğul saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Bəyimli qəsəbəsi ərasizində adları “Qırmızı Kitab”a düşən çöl quşları ovlayan Aleksandr Mirzəliyev və oğlu Roman Mirzəliyev saxlanılıblar.

Həmin şəxslərdən ov tüfəngi və patronlar aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti