...

Hakerlər 120 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar

Dünya xəbərləri Materials 5 Noyabr 2025 16:52 (UTC +04:00)
Hakerlər 120 milyon dollar dəyərində kriptovalyuta oğurlayıblar
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Kriptovalyuta protokolu sayılan “Balancer” genişmiqyaslı haker hücumunun qurbanı olub. Kibercinayətkarlar kriptovalyuta şəklində 120 milyon dollardan çox vəsaiti oğurlayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hadisə “Balancer V2 Composable Stable Pools” hovuzlarına (istifadəçilərin birgə likvidlik yaratmaq üçün aktivlərini topladıqları smart-kontrakt hesabı) təsir edib. Bu hovuzlar üçün pauza mexanizminin etibarlılıq müddəti bitdiyi üçün onları təcili bloklamaq mümkün olmayıb.

“GoPlus Security” ekspertlərinin bildirdiyinə görə, hücum edənlər protokolun saxlanma sistemindəki hesablamaların yuvarlaqlaşdırılması ilə bağlı boşluqdan istifadə ediblər.

“Balancer” komandası bloklanması mümkün olan bütün hovuzlar üçün bərpa rejimini aktivləşdirib, eyni zamanda platformanın digər məhsullarının, o cümlədən "Balancer V3"ün bu insidentdən zərər görmədiyini vurğulayıb. Bununla paralel olaraq, fişinq kampaniyası qeydə alınıb. Ffırıldaqçılar özlərini layihənin təhlükəsizlik xidmətinin nümayəndələri kimi təqdim edərək, hakerlər tərəfindən oğurlanmış vəsaitləri “mükafat” qarşılığında geri qaytarmağı təklif ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti