...

Məktəb yaxınlığında baş verən şagird münaqişələrinə necə nəzarət olunur? – RƏSMİ

Cəmiyyət Materials 5 Noyabr 2025 15:46 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərin gözdən uzaqda qalan ərazilərində kameraları elə yerlərdə yerləşdiririk ki, həmin yerlərdə baş verə biləcək hadisələrin qarşısını ala bilək.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.

“Bəzən şagirdlər öz məsələlərini kənarda həll etmək istəyirlər. Bu halları bizim əməkdaşlar hiss edə bilir və nəzarət edirlər. Bununla da qarşısı alınmış olur.

Biz eyni zamanda məktəbdən kənarda da baş verən hadisələrə nəzarət edirik. Çünki o bir şagirddir. Belə hallarda biz məsuliyyət daşımırıq amma biz o hadisələri araşdırırıq ki, həmin şagird bizim məktəbdə təhsil alır”,- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti