...

DOST Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum oldu

Cəmiyyət Materials 5 Noyabr 2025 11:05 (UTC +04:00)
DOST Agentliyinə ayrılacaq vəsaitin həcmi məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsinə Fonddan ayrılan vəsait 50,0 mln. manat məbləğində proqnozlaşdırılıb.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Müvafiq banklarla bağlanmış satınalma-müqavilə şərtlərinə uyğun olaraq pensiya və müavinətlərin benefisiarlara çatdırılması üzrə xidmət haqqı aparılmış maliyyə əməliyyatlarının 0,5 faizi qədər müəyyən edilib. Fondun 2026-cı il üzrə əhaliyə ödənişlər üzrə xərcləri 8196,45 mln. manat həcmində gözlənildiyindən pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 40,98 mln. manat (8196,45*0,5%) məbləğində proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti