...

“Qarabağ”–“Çelsi” oyunu ilə bağlı 12 marşrut avtobuslarının dayanacağı dəyişdirilib

Cəmiyyət Materials 5 Noyabr 2025 11:17 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yerində dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda baş tutacaq “Qarabağ”–“Çelsi” oyunu ilə əlaqədar stadionun qarşısındakı Nəqliyyat-Mübadilə Mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. Xüsusi avtobus zonası oyuna üz tutacaq azarkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətləri təmin olunacaq.

Məhdudiyyətlə əlaqədar 12 müntəzəm marşrut üzrə avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq “Gənclik Mall” qarşısındakı dayanacaqdan təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti