...

Növbəti il işə düzəlməkdə çətinlik çəkənlərə ayrılan maliyyə dəstəyinin həcmi məlum oldu

Cəmiyyət Materials 5 Noyabr 2025 11:02 (UTC +04:00)
Növbəti il işə düzəlməkdə çətinlik çəkənlərə ayrılan maliyyə dəstəyinin həcmi məlum oldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması maddəsi üzrə işəgötürənlərlə Məşğulluq Agentliyi arasında bağlanılan müqavilələrin maliyyələşdirilməsi üçün 2026-cı ilin büdcəsində 1,0 milyon manat vəsait nəzərdə tutulub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti