Bakı. Trend:
Fransanın Doleron adasında kişi sürücü qəsdən avtomobili piyadaların və velosipedçilərin üzərinə sürüb. Hadisə nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərdən ikisi reanimasiyada ağır vəziyyətdədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, sürücü sonradan hadisə yerində saxlanılıb.
“Tutularkən həmin şəxs "Allahu Əkbər" deyə qışqırıb. Lakin motiv hələlik təsdiqlənməyib və istintaq bu məsələni müəyyən etməlidir”,- deyə yerli prokuror “Le Figaro”ya açıqlamasında bildirib.
Şübhəli 35 yaşlı kişidir. O, Dolerondan 4 kilometr aralıda yerləşən kiçik balıqçı kəndində yaşayır.
Fransa mediasının məlumatına görə, o, avtomobilindəki bir neçə qaz balonu ilə maşını yandırmağa cəhd edib.
