...

Zığ şosesində yük avtomobili yolda qalıb, sıxlıq yaranıb

Cəmiyyət Materials 5 Noyabr 2025 08:13 (UTC +04:00)
Zığ şosesində yük avtomobili yolda qalıb, sıxlıq yaranıb

Bakı. Trend:

Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.

Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti