...

İraq “Lukoyl” şirkətinə neft tədarükünü dayandırıb

Dünya xəbərləri Materials 5 Noyabr 2025 03:42 (UTC +04:00)
İraq “Lukoyl” şirkətinə neft tədarükünü dayandırıb

Bakı. Trend:

İraqın dövlət neft şirkəti SOMO noyabr ayında “Lukoyl”a məxsus üç xam neft partiyasının göndərilməsini ləğv edib.

Trend xəbər verir ki, bu qərar ABŞ-nin “Lukoyl” da daxil olmaqla, Rusiyanın əsas neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsindən sonra qəbul edilib. Ləğv edilən göndərişlər İraqdakı “Qərbi Kurna-2” yatağından həyata keçirilməli idi. “Lukoyl” bu yataqda 75 faiz paya sahibdir.

Neftin tədarükü 11, 18 və 26 noyabr tarixlərində həyata keçirilməsi planlaşdırılmışdı.

Ötən ay “Lukoyl” şirkəti beynəlxalq xammal ticarəti ilə məşğul olan “Gunvor” şirkətinin onun xarici aktivlərini almaq təklifini qəbul etdiyini bildirmişdi. “Gunvor”un baş direktoru Torborn Tornkvist “Financial Times”a açıqlamasında “Lukoyl”un dünya üzrə ciddi çətinliklərlə üzləşdiyini qeyd edib.

“‘Lukoyl’un beynəlxalq fəaliyyəti demək olar ki, iflic vəziyyətinə düşüb. Heç bir şirkət onlarla əməkdaşlıq edə bilmir. Minlərlə iş yeri risk altındadır və emal imkanları ciddi şəkildə zərər görə bilər”, – Tornkvist əlavə edib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi 23 oktyabrda “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq etdiyini elan etmişdi.

Xəbər lenti

Xəbər lenti