Bakı. Trend:
ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yük təyyarəsinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Trend xəbər verir ki, qəza zamanı böyük yanğın baş verib.
Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, təyyarə Luisvildəki Məhəmməd Əli Beynəlxalq Hava Limanından Havay ştatının Honolulu şəhərinə yola düşmək üçün havaya qalxıb.