...

Bosniya və Herseqovinada qocalar evi yanıb, ölənlər var

Dünya xəbərləri Materials 5 Noyabr 2025 07:20 (UTC +04:00)

Bakı. Trend:

Bosniya və Herseqovinanın şimalındakı Tuzla şəhərində yerləşən qocalar evində baş verən yanğın faciə ilə nəticələnib – azı 10 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Trend xəbər verir ki, hadisə nəticəsində azı beş nəfər yaralanıb, onlardan üçü reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti