...

FHN çayın dərəsində köməksiz vəziyyətdə qalan vətəndaşı xilas edib (VİDEO)

Hadisə Materials 5 Noyabr 2025 08:33 (UTC +04:00)
FHN çayın dərəsində köməksiz vəziyyətdə qalan vətəndaşı xilas edib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsində köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Quluzadə Davud Sabir oğlu ehtiyatsızlıqdan Gəncə çayının dərinliyi təqribən 10 metr olan dərəsinə sürüşüb düşərək köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı dərədən çıxararaq xilas ediblər.

Xəbər lenti

Xəbər lenti