...

Gələn il sosial qurumların fəaliyyətinə nə qədər maliyyə ayrılacaq?

Cəmiyyət Materials 5 Noyabr 2025 11:02 (UTC +04:00)
Gələn il sosial qurumların fəaliyyətinə nə qədər maliyyə ayrılacaq?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə sosial qurumların fəaliyyətinə ayrılacaq maliyyənin həcmi məlum olub.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə iclasında müzakirə olunan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Aparatının və yerli qurumlarının, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Aparatının və yerli qurumlarının fəaliyyətinin təşkili və saxlanma xərcləri üçün 2026-cı ildə müvafiq olaraq 58,7 milyon manat, 50,0 milyon manat, 5,0 milyon manat və 5,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə xərcləri 8 483 070 000 manat məbləğində təsdiq ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti