...

Azərbaycanın suverenliyi regional və beynəlxalq səviyyədə önəmli hadisəyə çevrilib - Zahid Oruc

Siyasət Materials 5 Noyabr 2025 11:47 (UTC +04:00)
Azərbaycanın suverenliyi regional və beynəlxalq səviyyədə önəmli hadisəyə çevrilib - Zahid Oruc
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın suverenliyi artıq regional və beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib.

Trend xəbər verir ki, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc Bakıda keçirilən “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanın tarixində 5 il əvvəl, 10 dekabrda Zəfər paradı keçirilib: "Konstitusion hüquqlarımız və səlahiyyətlərimiz, hakimiyyət orqanları bu gün azad torpaqlara daşınır. Buna görə də Azərbaycanın suverenliyi artıq regional və beynəlxalq əhəmiyyətli hadisəyə çevrilib. Qələbəmiz 8 avqustda Vaşinqtonda, Ağ Evdə tanınıb ki, bu da faktiki olaraq qələbəmizin legitimliyinin qəbuludur".

"Ermənistanın uzun illər Azərbaycanın dövlətçiliyinə vurduğu zərbələr aradan qalxır və erməni məsələsi coğrafiyamızdan çıxır. Buna görə də biz hər bir azərbaycanlı 8 Noyabrı yeni siyasi təqvimi və qürur günü kimi qeyd edirik", - Zahid Oruc vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti