Zəngilan. Trend:
Azad edilmiş ərazilərdə hüquq qaydasının qorunması, qanunların düzgün icrasına nəzarət, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, həmçinin dövlət maraqlarının qorunması bu vəzifələrin əsas istiqamətlərini təşkil edir
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi” mövzusunda konfransda deyib.
Kamran Əliyev qeyd edib ki, azad olunmuş ərazilərdə prokurorluq orqanlarının üzərinə mühüm vəzifələr düşür.
"Bu məqsədlə Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir. Azad bu edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti bərpa olunmuş, kadr təminatı gücləndirilib əməkdaşların xidməti fəaliyyətinin təminatı üçün bütün zəruri şərait yaradılıb".
