...

“Fərqliliyin rəngi” festivalı konfessiyalararası həmrəyliyi nümayiş etdirəcək - Gündüz İsmayılov

Cəmiyyət Materials 5 Noyabr 2025 10:57 (UTC +04:00)
“Fərqliliyin rəngi” festivalı konfessiyalararası həmrəyliyi nümayiş etdirəcək - Gündüz İsmayılov
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı Ekspo Mərkəzində təşkil ediləcək “Fərqliliyin rəngi” festivalının məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyi, milli birliyi, mənəvi vəhdəti və dini-mədəni müxtəlifliyi əks etdirən unikal nümunələri təqdim etmək, habelə adət-ənənələr və mədəni irsin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Trend xəbər verir ki, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Fərqliliyin rəngi” festivalında jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri və digər dini məzmunlu materiallardan ibarət sərgilər təqdim olunacaq.

“Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Dağ Yəhudiləri, Sefarad Yəhudiləri və Avropa Yəhudilərinin Bakı dini icmaları, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmaları daxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunacaq”, - deyə sədr müavini bildirib.

O vurğulayıb ki, festival dini konfessiyaların musiqi qruplarının çıxışlarından ibarət bədii hissə ilə davam edəcək. Sonda fəal iştiraklarına görə dini qurumların təmsilçiləri və “AMİN” könüllüləri təşəkkürnamə ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti