...

Ukraynada "Enerqoatom" şirkətinin filial rəhbəri iri məbləğdə rüşvətə görə saxlanılıb

Dünya xəbərləri Materials 5 Noyabr 2025 15:10 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynada “Enerqoatom” milli şirkətinin “Atomenerqomaş” filialının baş direktor müavini iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (XAP) məlumat yayıb.

Hələlik saxlanılan şübhəlinin kimliyi istintaq sirri olaraq gizli saxlanılır.

XAP-ın məlumatına görə, vəzifəli şəxs podratçı özəl şirkətin nümayəndəsindən görülmüş işlərə görə ödənişlərin vaxtında həyata keçirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsinə maneələrin yaradılmaması üçün iri məbləğdə pul tələb edib.

Tələb olunan məbləğ ödənilən işlərin dəyərinin 10-15 faizini təşkil edib ki, bu da ümumilikdə 6,6 milyon qrivnadan (təxminən 266,594.00 AZN) çox olmalı idi. İstintaq müəyyən edib ki, 2025-ci ilin iyun-noyabr ayları ərzində o, bu vəsaitin bir hissəsini – 40,2 min dolları alıb.

Hazırda istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti