...

Şagirdlər arasında pis vərdişlərin yaş həddi azalır - Rəis müavini

Cəmiyyət Materials 5 Noyabr 2025 15:50 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəblərdə şagird davranışları və zorakılıqla bağlı tədbirlər keçirilir.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.

O bildirib ki, tədbirlər çərçivəsində narkomaniya və digər zərərli vərdişlərə qarşı xüsusi sessiya da təşkil olunur.

Günel Səfərova qeyd edib ki, bu gün qadağan olunmuş və pis vərdişlərə qurşanan uşaqların yaş həddi getdikcə azalır:

“Bu, çox təəssüf doğuran haldır. Məktəblərdə müəllimlər və şagirdlər bu işlə məşğul olmasalar da, biz icmanın rolunu qiymətləndirməliyik. Pis vərdişlər haradan gəlir, haradan gətirilir, necə olur ki, 12-15 yaşlı uşaq belə bu vərdişlərə qurşanır? Bunlar ciddi suallardır”.
Rəis müavini vurğulayıb ki, hazırkı vəziyyət statistika baxımından da narahatlıq doğurur:
“Bu hallar kütləvi xarakter daşımır, amma bir uşaq belə bizim üçün çox önəmlidir”.

O əlavə edib ki, bəzi şagirdlər qadağan olunmuş əşyaların fərqində olmadan onlardan istifadə edə bilirlər. Hazırda bu əşyalar müxtəlif formalarda təqdim olunduğu üçün onların aşkarlanması çətinləşib.
“Biz Daxili İşlər Nazirliyi ilə birlikdə mütəmadi monitorinqlər aparırıq. Bu monitorinqlər yalnız qadağan olunmuş əşyaların aşkarlanması ilə bitmir, eyni zamanda şagirdlərdə məsuliyyət hissi formalaşdırmaq məqsədi daşıyır”, – Günel Səfərova deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti