...

Əməkdaşlıq suverenliyə zərbə deyil, onun möhkəmlənməsidir - Həməd Əl-Hacri

Cəmiyyət Materials 5 Noyabr 2025 12:34 (UTC +04:00)
Əməkdaşlıq suverenliyə zərbə deyil, onun möhkəmlənməsidir - Həməd Əl-Hacri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq təşkilatlarla, xüsusilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq suverenliyə xələl gətirmir, əksinə, onun əsasını daha da möhkəmləndirir.

Trend xəbər verir ki, bunu bu gün Qətər Dövləti Milli İnsan Hüquqları Komitəsinin Proqramlar və Maarifləndirmə Departamentinin direktoru Həməd Əl-Hacri “XXI əsrdə dövlət suverenliyi və milli konstitusiyalar: qlobal çağırışlar, tendensiya və perspektivlər" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransında deyib.

O qeyd edib ki, Qətər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərkən milli dəyərlərini və mədəniyyətini qorumağı prioritet sayır: “Biz milli kimliyimizi qorumaqla yanaşı, beynəlxalq tərəfdaşlarımızla birlikdə insan hüquqlarının müdafiəsinə, etimadın və ədalətin gücləndirilməsinə töhfə veririk”.

Çıxışda Qətərin “Milli İnkişaf Strategiyası – 2030” çərçivəsində suverenlik və insan hüquqlarını uyğunlaşdırmaq istiqamətində gördüyü işlər vurğulanıb. Həməd Əl-Hacri bildirib ki, “XXI əsrdə suverenlik yalnız hüquqi anlayış deyil, həm də dəyərlər, institutlar və texnologiya üzərində qurulan güc modelidir".

O həmçinin vurğulayıb ki, Qətər üçün beynəlxalq əməkdaşlıq qarşılıqlı hörmət, etimad və insanın rifahı üzərində qurulmalıdır: “Hər bir dövlətin suverenliyi onun dəyərlərinə və xalqının iradəsinə əsaslanır. Biz bu dəyərləri qorumaqla yanaşı, beynəlxalq ailənin etibarlı üzvü olaraq qalmağa sadiqik".

Xəbər lenti

Xəbər lenti