...

İsrail daha 15 fələstinlinin meyitini Qəzzaya təhvil verib

Dünya xəbərləri Materials 5 Noyabr 2025 14:30 (UTC +04:00)
İsrail daha 15 fələstinlinin meyitini Qəzzaya təhvil verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail hökuməti Yaxın Şərq atəşkəs razılaşması çərçivəsində Qəzzanın Səhiyyə Nazirliyinə daha 15 fələstinlinin nəşini təhvil verib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, meyitlər artıq anklavın cənubunda yerləşən Nasir xəstəxanasına (Xan-Yunus rayonu) çatdırılıb və orada tezliklə şəxsiyyətin müəyyən edilməsi prosesinə başlanılacaq.

Beləliklə, atəşkəs sazişi çərçivəsində Qəzzaya təhvil verilən fələstinli meyitlərin sayı 285-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti