...

AYİB "yaşıl" maliyyələşmənin inkişafı məqsədilə "Burgan Bank Türkiye" bankına iri həcmli kredit ayırıb

İqtisadiyyat Materials 5 Noyabr 2025 14:04 (UTC +04:00)
AYİB "yaşıl" maliyyələşmənin inkişafı məqsədilə "Burgan Bank Türkiye" bankına iri həcmli kredit ayırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin “Burgan Bankı”na yaşıl maliyyələşmənin inkişafı məqsədilə 25 milyon avro məbləğində kredit ayırıb. Bu, bank üçün bu istiqamətdə həyata keçirilən ilk layihə olacaq.

Trend AYİB-ə istinadən xəbər verir ki, kredit AYİB-in flaqman “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi Təşəbbüsü” (GEFF) proqramının ikinci mərhələsi çərçivəsində təqdim edilib.

Ayrılan vəsaitlər “Burgan Bank”ın dayanıqlı inkişaf sahəsindəki öhdəliklərini möhkəmləndirəcək və kommersiya, dövlət və yaşayış sektorlarında yaşıl layihələrin maliyyələşdirilməsini təmin edəcək.

GEFF proqramı Türkiyənin özəl sektoruna tərəfdaş maliyyə institutları vasitəsilə uzunmüddətli maliyyə resurslarının cəlb olunmasına yönəlib. Məqsəd enerji səmərəliliyinə, bərpa olunan enerji mənbələrinə, iqlim dayanıqlığına və yaşıl texnologiyalara sərmayələri dəstəkləmək, bununla da ölkənin aşağı karbonlu və dayanıqlı iqtisadiyyata keçidinə vasitəçilik etməkdir.

"“Burgan Bank Türkiye” korporativ, kommersiya və rəqəmsal bankçılıq sahəsində geniş müştəri bazasına xidmət göstərir və ölkənin 13 sənaye və ticarət regionunda yerləşən 28 filial vasitəsilə fəaliyyət göstərir", - bankın məlumatında bildirilir.

Qeyd olunur ki, AYİB 2009-cu ildən etibarən Türkiyədə fəaliyyətə başladığı vaxtdan bu ölkənin əsas investorlarından biri olaraq qalır. Bu müddət ərzində bank əsasən özəl sektorda həyata keçirilən 499 layihə və ticarət maliyyələşdirməsinə ümumilikdə 22 milyard avrodan çox sərmayə yatırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti