...

Sosial pedaqoqların sayı artırılacaq - Rəis müavini

Cəmiyyət Materials 5 Noyabr 2025 15:32 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda sosial pedaqoqların bir mexanizm kimi formalaşması dövrünü yaşayırıq.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.

O bildirib ki, bu mərhələ çox önəmlidir, çünki gələcəkdə sosial pedaqoqların peşəkar sosial işçilərə çevrilməsi əsas məqsədlərdən biridir. Azərbaycanda sosial işçi platformasının formalaşdırılması və bu sahədə ixtisaslı kadrların hazırlanması istiqamətində də işlər aparılır.

Rəis müavini qeyd edib ki, hazırda sosial pedaqoqların sayı hələlik kifayət qədər olmasa da, bu proses mərhələli şəkildə davam etdirilir. Onun sözlərinə görə, daimi icması olan məktəblərdə neqativ hallar daha az müşahidə olunur, çünki icma üzvləri bu məsələlərin həllinə yaxından qoşulurlar.

“Bir kənddə bir məktəb varsa, orada hamı bir-birini tanıyır, hörmət edir. Belə mühitdə kiminsə uşağına qarşı hər hansı fiziki zorakılıq halı baş verərsə, icma dərhal müdaxilə edir və məsələ çox vaxt yerində həll olunur. Amma dəyişkən icmaların olduğu məktəblərdə sosial pedaqoqların müdaxiləsinə daha çox ehtiyac yaranır”, – deyə Günel Səfərova əlavə edib.

O vurğulayıb ki, sosial pedaqoqlar ailənin sosial və psixoloji vəziyyətini, valideynin himayə səviyyəsini, eləcə də uşağın məktəbdəki davranışını və adaptasiyasını müşahidə edirlər.

“Onlar məktəblə ailə arasında körpü rolunu oynayırlar”, – rəis müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti