...

Super Liqa klubunun yeni baş məşqçisi açıqlandı

İdman Materials 5 Noyabr 2025 19:02 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Trend xəbər verir ki, Super Liqa təmsilçisini Çağdaş Atan çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Anadolu qartalları" 45 yaşlı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Konyaspor" Recep Uçarla yollarını ayırıb. Çağdaş Atanın son iş yeri isə "Başakşehir" olub.

Xəbər lenti

Xəbər lenti