...

Yanvar-sentyabr ayları ərzində TƏBİB tərəfindən 59,1 milyon manatlıq tibbi xidmət icra edilib

Cəmiyyət Materials 5 Noyabr 2025 18:43 (UTC +04:00)
Yanvar-sentyabr ayları ərzində TƏBİB tərəfindən 59,1 milyon manatlıq tibbi xidmət icra edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Yanvar–sentyabr ayları ərzində əldə edilmiş nəticələrə əsasən, 9 ayda icra edilən tibbi xidmətlərin miqdarı 59,1 milyon, reyestr məbləği isə 697,5 milyon manat təşkil edib.

Trend xəbər verir ki, TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva bu barədə İcraçı direktor Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin fəaliyyətinə dair keçirilən müşavirədə məlumat verib.

O qeyd edib ki, bu, cari ilin 9 ay üzrə proqnozlaşdırılan tibbi xidmət miqdarının və reyestr məbləğinin 90 faizinə bərabərdir.

"TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin maliyyə dayanıqlığını təmin etmək məqsədilə, hər bir tibb müəssisəsi üçün Xidmətlər Zərfi üzrə icra ediləcək tibbi xidmətlərin reyestr miqdar və məbləğlərinə dair minimum və maksimum həddlər müəyyən edilərək “İcra edilən tibbi xidmətlərin İllik Proqnoz Hesabatı” hazırlanır” – deyə Səbinə Quliyeva bildirib.

Xəbər lenti

Xəbər lenti