Bakı. Trend:
Polşa bir neçə ay ərzində pilotsuz uçuş aparatlarına (PUA) qarşı milli müdafiə sistemi qurmağı planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar, Avropa İttifaqının “dron divarı” layihəsinin ləngiməsi fonunda qəbul edilib.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, sistemin əsas məqsədi ölkənin hava məkanını qorumaq və potensial təhlükələri vaxtında zərərsizləşdirməkdir. Layihə hökumətin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş daha geniş proqramının bir hissəsi olacaq.