Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı Qəzza zolağında israilli girovun cəsədini Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Trend-in məlumatına görə, bu barədə müvafiq bəyanat hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın "Telegram" kanalında yayımlanıb.
"[İsrailli girovların fələstinli məhbuslarla mübadiləsi] müqaviləsi çərçivəsində bu gün Əl-Şucaiyyə rayonunda aşkar edilən girovların qalıqlarını [tibb] işçilərinə təhvil vermək qərarına gəldik", - deyə bildirilib.
Qeyd edilib ki, Qırmızı Xaç Komitəsi Qəzzadakı cəsədi "yerli vaxtla təxminən saat 21:00" təhvil alacaq.