Bakı. Trend:
Suriya Prezidenti Əhməd əl-Şaraa, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində keçiriləcək COP30 liderlər zirvəsində iştirak etmək üçün 6-7 noyabr tarixlərində Braziliyaya rəsmi səfər edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu, Suriyanın tədbirdə dövlət başçısı səviyyəsində ilk iştirakıdır.