Bakı. Trend:
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Trend xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Matçda hesabı qonaqlar açıblar. 16-cı dəqiqədə Estevao yaxın küncü dəqiq nişan alıb. Buraxılan qoldan sonra hücuma çıxan Ağdam klubu 29-cu dəqiqədə hesabı bərabərləşdirib. Leandro Andrade topu tora qovuşdurub. “Qarabağ” 39-cu dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Təyin olunan penalti zərbəsini Marko Yankoviç dəqiq yerinə yetirib. İlk hissə bu hesabla başa çatıb. İkinci hissə da qarşılıqlı hücumlar şəraitində keçib. Fasilədən sonra meydana daxil olan Alexandro Qarnaço 53-cü dəqiqədə hesabı bərabərləşdirib. Bu, eyni zamanda matçda vurulmuş sonuncu qol olub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran “Qarabağ” 12-ci pilləyə yüksəlib. Eyni xala malik “Çelsi” isə 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində 5-ci oyununu noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcək.
xxx
23:08
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda dördüncü qol vurulub.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 53-cü dəqiqəsində rəqibin heyətində Alexandro Qarnaço diqqət mərkəzinə düşüb – 2:2.
Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.
xxx
22:29
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda üçüncü qol vurulub.
Trend xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 39-cu dəqiqəsində komandamızın heyətində Marko Yankoviç penaltidən rəqibi cəzalandırıb.
Görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.
xxx
22:20
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.
Trend-in məlumatına görə, oyunun 29-cu dəqiqəsində "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade qol vurub.
xxx
22:08
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə 16-ci dəqiqədə "Çelsi"nin futbolçusu Estevao fərqlənib.
Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir.
xxx
21:49
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyun başlayıb.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Matçı Avstriyadan olan hakimlər briqadası idarə edir.
xxx
20:37
"Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində Bakıda "Çelsi"ni qəbul edir.
Trend xəbər verir ki, komandalar saat 21:45-də start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Meteus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalo, 20. Kadi Borges, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
"Çelsi": 1. Robert Sançes, 3. Mark Kukureya, 4. Tosin Adarabioyo, 21. Yorrel Ato, 24. Ris Ceyms (k), 17. Andrey Santos, 45. Romae Lavia, 32. Tirik Corc, 11. Ceymi Gittens, 41. Estevao, 20. Joao Pedro
Baş məşqçi: Entso Mareska
