Bakı. Trend:
Filippində baş verən dağıdıcı "Kalmaeqi" tayfunu nəticəsində 110-dan çox insan həlak olub.
Trend-in məlumatına görə, bu barədə "The Philippine Star" qəzeti xəbər verib.
Məlumata əsasən, fəlakət nəticəsində ən azı 111 nəfər həlak olub, əksəriyyəti eyni adlı adada yerləşən mərkəzi Sebu əyalətindədir. Bildirilib ki, əyalət "görünməmiş" daşqınlarla üzləşib, su axınları avtomobilləri və çay kənarındakı daxmaları aparıb. Ölənlərin sayı arta bilər.
Xilasedicilərin verdiyi məlumata əsasən, ən təhlükəli ərazilərdən təxminən 800 min insan təxliyə edilib.