Bakı. Trend:
Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.
Trend xəbər verir ki, yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.
Daha sonra qatar Gürcüstana keçməklə Ermənistanın Dalarik stansiyasına gedəcək.
Xatırladaq ki, qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır.
Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.
