...

Yer kürəsində zəif maqnit qasırğası başlayıb

Cəmiyyət Materials 6 Noyabr 2025 08:52 (UTC +04:00)
Yer kürəsində zəif maqnit qasırğası başlayıb

Bakı. Trend:

Noyabrın 6-da Yer kürəsində zəif kimi qiymətləndirilən G1 sinifli maqnit qasırğası başlayıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün "Telegram" kanalında yazlb.

Onun sözlərinə görə, günəşdə baş verən partlayışlar gecə yarısından sonra başlayan maqnit qasırğasına səbəb olub.

"Onun intensivliyi orta, G2 sinif səviyyəsinə çatırdı. Hazırda maqnit qasırğası bir qədər zəifləyib və zəif, G1 səviyyəsinə uyğundur", - deyə bildirilib.

Sinoptikin sözlərinə görə, geomaqnit pozuntuları 6 noyabr tarixi ərzində davam edəcək, vaxtaşırı zəif və orta maqnit qasırğaları olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti