...

Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb (FOTO/VİDEO)

İqtisadiyyat Materials 6 Noyabr 2025 10:02 (UTC +04:00)
Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb (FOTO/VİDEO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan tranzit keçməklə Ermənistana gedəcək Qazaxıstan taxılı ilə yüklənmiş qatar Bakıya çatıb.

Trend xəbər verir ki, yük qatarı hazırda Bakıda Biləcəri Dəmiryol Stansiyasındadır.

Daha sonra Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana yola salınacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti