...

Bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə yol verilib - Sevda Tahirli

Cəmiyyət Materials 6 Noyabr 2025 10:49 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Təəssüflər olsun ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib.

Trend xəbər verir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli deyib.

O qeyd edib ki, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur:

“Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına özünəməxsus töhfə, həm də yaxşı nümunə olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti