...

AİB Azərbaycanda dayanıqlı turizm və rəqəmsal xidmətlərin inkişafını dəstəkləyəcək

İqtisadiyyat Materials 6 Noyabr 2025 10:30 (UTC +04:00)
AİB Azərbaycanda dayanıqlı turizm və rəqəmsal xidmətlərin inkişafını dəstəkləyəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda rəqəmsal transformasiyanı stimullaşdırmaq və dayanıqlı turizmin inkişafını təşviq etmək məqsədi daşıyan “Dayanıqlı turizm və xidmət ticarəti” (Sustainable Tourism and Services Trade) adlı yeni regional layihənin başladığını elan edib.

Trend bu barədə AİB-ə istinadən məlumat verir.

Qeyd olunur ki, layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə edir və CAREC (Central Asia Regional Economic Cooperation – Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində həyata keçirilir.

AİB-in məlumatına görə, dəyəri 550 000 ABŞ dolları olan layihə turizm sektorunun inkişafını ləngidən əsas maneələrin aradan qaldırılmasına yönəlib. Bu məqsədlə rəqəmsal innovasiyalardan və dayanıqlı siyasətlərdən istifadə olunacaq ki, bu da turizmin regional ticarətə və iqtisadi şaxələndirməyə töhfəsini artırmalıdır.

“Təşəbbüsün əsas məqsədlərinə xidmət ticarətinin, o cümlədən turizm və rəqəmsal xidmətlərin genişləndirilməsi və rəqəmsallaşdırılması; turizm sahəsində “ağıllı”, “yaşıl” və inklüziv həllərin təşviqi; sərhədyanı əlaqəliliyin və turizm infrastrukturunun yaxşılaşdırılması; regionun rəqabətqabiliyyətini artırmaq üçün ekoloji təmiz və texnoloji həllərin tətbiqi daxildir.

Layihə rəqəmsal texnologiyalara və mədəni cəhətdən zəngin marşrutlara əsaslanan daha rahat və dayanıqlı turizm mühitinin yaradılmasına töhfə verəcək, həmçinin AİB-in CAREC regionunda turizmin inkişafı istiqamətində həyata keçirdiyi əvvəlki təşəbbüslərin davamı olacaq”, - deyə məlumatda bildirilir.

Bankın qeyd etdiyi kimi, yeni təşəbbüs CAREC ölkələrinin regional əməkdaşlığın dərinləşdirilməsi və turizm sahəsində strategiya və fəaliyyət planının həyata keçirilməsi istiqamətindəki “qətiyyətli öhdəliyini” əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti