...

Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - Yaşar Güler

Siyasət Materials 6 Noyabr 2025 01:25 (UTC +04:00)
Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək - Yaşar Güler
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şanlı Azərbaycan ordusunun qəhrəman əsgərləri Qarabağı işğaldan azad etmək üçün möhtəşəm bir mübarizə aparıblar.

Trend-in məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler Azərbaycanın 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən qəbulda çıxış edərkən deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq, dərin köklü və ortaq keçmişin mirası ilə bu günümüzü mənalı edir və gələcək üçün birliyimizi təsdiqləyir. Y. Güler əlavə edib ki, Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

"Türkiyə həmişə olduğu kimi, bu gün də, sabah da haqlı mübarizəsində, təhlükəsizliyində və rifahında Azərbaycanın yanında olmağa davam edəcək", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti