Bakı. Trend:
Rusiyadan ilk buğda partiyası Azərbaycan ərazisində keçməklə Ermənistana çatıb.
Trend Ermənistan KİV-lərinə istinadən xəbər verir, bu barədə Ermənistan iqdisadiyyat naziri Qevorq Papoyan deyib.
"Bu, adətən Yuxarı Lars vasitəsilə çatdırılan Rusiya buğdasıdır. Orada hansı çətinliklərin - növbələrin, eləcə də əhəmiyyətli nəqliyyat maneələri barədə xəbərdarsınız. Bu dəfə yük Rusiya ərazisindən keçməklə Azərbaycana dəmir yolu ilə çatıb və hazırda Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi olmadığı üçün qatar Gürcüstana, oradan isə Ermənistana daxil olub", - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bir neçə gün ərzində Qazaxıstan buğdasının bir partiyası da Azərbaycan ərazisində keçməklə Ermənistana çatacaq.
