Bakı. Trend:
Vaşinqton, Moskva və Pekin nüvə silahsızlaşdırılması planı hazırlayırlar.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Mayamidə keçirilən biznes forumundakı çıxışı zamanı deyib.
O, ölkəsinin "ən güclü silahlı qüvvələrə" malik olduğunu göstərən bir qiymətləndirmə təqdim edib.
"Biz bir nömrəli nüvə gücüyük və bunu etiraf etmək istəmirəm. Əgər nə vaxtsa bundan istifadə etməli olsaydıq, u, dəhşətli bir vəziyyət olardı. Rusiya ikinci, Çin üçüncüdür, amma çox geridədirlər, amma onlar dörd-beş il ərzində bizə çatacaqlar. Onlar bizə çata bilərlər. Ola bilsin ki, üç [ölkəmizi] nüvəsizləşdirmək planı üzərində işləyirik, görək işə yarayacaqmı?", - deyə ABŞ prezidenti bildirib.