...

Rusiya, Çin və İran İranın nüvə dosyesi ilə bağlı məsləhətləşmələr aparıblar

Dünya xəbərləri Materials 6 Noyabr 2025 00:11 (UTC +04:00)
Rusiya, Çin və İran İranın nüvə dosyesi ilə bağlı məsləhətləşmələr aparıblar

Bakı. Trend:

Rusiya, Çin və İran arasında İranın nüvə dosyesi ilə bağlı məsləhətləşmələr aparılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz "Telegram" kanalında yazıb.

"Bu gün Çin, İran və Rusiya İranın nüvə dosyesi ilə bağlı ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsini keçiriblər", - deyə o bildirib.

O, tərəflərin "19-21 noyabr tarixlərində keçiriləcək BAEA İdarə Heyətinin növbəti sessiyası ərəfəsində saatlarını sinxronlaşdırdıqlarını və mövqelərini əlaqələndirdiklərini" qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti