...

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 5,2 milyon barel artıb

Energetika Materials 5 Noyabr 2025 22:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-də kommersiya xam neft ehtiyatları bir həftə ərzində 5,2 milyon barel artaraq 31 oktyabr 2025-ci il tarixinə 421,2 milyon barel təşkil edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyi xəbər verib.

Nazirlik bildirib ki, cari neft ehriyatlarının həcmi ilin bu dövrü üçün beş illik orta səviyyədən 4 faiz aşağıdır.

Qeyd edək ki, Londonun "ICE" birjasında 2026-cı ilin yanvar ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 0,61 faiz azalaraq bir barel üçün 64,05 dollara, dekabr ayı üçün "WTI" xam neftin fyuçerslərinin qiyməti isə 0,84 faiz azalaraq bir barel üçün 60,05 dollara düşüb.

Xəbər lenti

Xəbər lenti