...

Günəşdə iki güclü partlayış baş verib

Dünya xəbərləri Materials 6 Noyabr 2025 11:06 (UTC +04:00)
Günəşdə iki güclü partlayış baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 6-da Günəşdə M sinfinə aid olan, yəni gücü baxımından sondan ikinci səviyyədə sayılan iki partlayış qeydə alınıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Məlumata görə, 6 noyabr saat 01:07-də (Bakı vaxtı ilə 02:07-də) rentgen diapazonunda 4274 (N27E40) ləkələr qrupunda 32 dəqiqə davam edən M8.7 səviyyəli partlayış, saat 07:31-də (Bakı vaxtı ilə 08:31) isə cənub yarımkürəsində (S18E81) 22 dəqiqə davam edən M1.1 səviyyəli alışma qeydə alınıb.

Günəş alovları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti