Bakı. Trend:
Cari ilin ilk üç rüb ərzində Səngəçal terminalı ilə təxminən 159 milyon barel neft və kondensat ixrac edilib ki, bu həcmlərin əsas hissəsi Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilib.
Bu barədə Trend bp-ə istinadən xəbər verir.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə ixrac həcmi 166 milyon barrelə yaxın olub ki, bu da illik ifadədə 4,2 faiz azalma anlamına gəlir.
Üçüncü rübdə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
