...

Xarici mənşəli balıq məhsullarının satışı ilə bağlı yeni QAYDA

Cəmiyyət Materials 6 Noyabr 2025 11:06 (UTC +04:00)
Xarici mənşəli balıq məhsullarının satışı ilə bağlı yeni QAYDA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2027-ci il yanvarın 1-dək müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Məlumat üçün bildirək ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti