...

ABŞ-də kimya zavodu partlayıb: sakinlər təxliyə olunur

Dünya xəbərləri Materials 6 Noyabr 2025 11:27 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Missisipi ştatında fəaliyyət göstərən, hidrogen və azot məhsulları istehsal edən müəssisədə baş verən partlayış ammonyak sızmasına səbəb olub. Təhlükəsizlik məqsədilə yaxınlıqda yerləşən yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Missisipi qubernatoru Teyt Rivs sosial platforma "X"də paylaşımında yazıb ki, ştatın müxtəlif bölgələrindən fövqəladə hallar xidmətlərinin əməkdaşları Yazu şəhərinin şimalında yerləşən “CF Industries” zavodunun ərazisinə səfərbər olunublar.

Onun sözlərinə görə, partlayış nəticəsində ölüm və ya yaralanma qeydə alınmayıb.

“Hadisəyə çevik reaksiya göstərdiklərinə görə Missisipi ştatının bütün xilasedicilərinə və fövqəladə hallar işçilərinə təşəkkür edirəm”, - Rivs əlavə edib.

Müəssisənin təxminən 48 min ton ammonyak saxlamaq gücü var, lakin partlayış baş verən anda orada dəqiq nə qədər ammonyak olduğu hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti