...

"Google" "Chrome" brauzerinin mobil versiyaları üçün süni intellekt funksiyasını istifadəyə verib

Dünya xəbərləri Materials 6 Noyabr 2025 11:01 (UTC +04:00)
"Google" "Chrome" brauzerinin mobil versiyaları üçün süni intellekt funksiyasını istifadəyə verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” şirkəti “Android” və “iOS” sistemləri üçün “Chrome” brauzerinin mobil versiyasında “AI Mode” (“Süni İntellekt Rejimi”) funksiyasının istifadəyə verildiyini elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, rejimin aktivləşdirilməsi “google.com/aimode” ünvanı vasitəsilə həyata keçirilir. Aktivləşdirdikdən sonra interfeysdə yeni element görünür - axtarış sətri indi əvvəlkindən bir qədər yuxarıda yerləşdirilib.

Hal-hazırda yenilik yalnız ABŞ istifadəçiləri üçün əlçatandır, lakin yaxın aylarda hind, indoneziya, yapon, koreya və portuqal dilləri də daxil olmaqla, bir neçə dildə dəstək təmin edilərək 160 ölkədə də yeni funksiyaya çıxış imkanı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti