...

Rusiya Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndərməyi planlaşdırır

Gündəm Materials 6 Noyabr 2025 07:31 (UTC +04:00)
Rusiya Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndərməyi planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Rusiya Dəmir Yolları" (RDY) Azərbaycandan keçən yeni marşrut üzərindən Ermənistana ilk buğda partiyasının göndərilməsini təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Nəqliyyat Nazirliyi xəbər verib.

"Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından 1 mindən tondan çox taxıl göndərilib. Ümumilikdə 15 taxı daşıyan vaqon Azərbaycan keçib və artıq Gürcüstan-Ermənistan sərhədini keçib. Yük Cənubi Qafqaz Dəmir Yolunun Dalarik stansiyasına çatdırılacaq", - deyə bildirilib.

Bildirilib ki, yeni logistika marşrutunun təşkili Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Nazirlik əlavə edib ki, "bu, 1990-cı illərdən bəri ilk belə dəmir yolu nəqliyyatıdır".

Qeyd olunub ki, 2026-cı ilin yanvar ayının sonuna qədər bu marşrutla daha 132 vaqon buğda göndərilməsi planlaşdırılır. Nazirlik həmçinin bildirib ki, bu sxemdən istifadə edərək digər kateqoriyalı yüklərin çatdırılmasının mümkünlüyü nəzərdən keçirilir.

Xəbər lenti

Xəbər lenti