Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərinin Demokratlar Partiyasından seçilmiş meri Zöhran Mamdaniyə şəhərin çiçəklənməsi naminə kömək etməyə hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Mayamidə biznes forumu zamanı çıxış edərkən bildirib.
"Görək Nyu-Yorkda kommunist nə edəcək. Görək nə olacaq. Biz Nyu-Yorkun uğurlu olmasını istəyirik. Bəlkə onlara bir az kömək edə bilərik", - deyə D.Tramp bildirib.
Daha əvvəl D.Tramp kommunist adlandırdığı Z.Mamdaninin qalib gələcəyi təqdirdə, "minimum məbləğ istisna olmaqla" şəhərə federal maliyyələşdirməni dayandıracağına söz verib. ABŞ prezidenti əmin olduğunu bildirib ki, Mamdani qalib gələrsə, Nyu-York "tam və tamamilə iqtisadi və sosial fəlakətlə" üzləşəcək.